00:17 19-11-2020
news_image
72
FUTBOL

“Mançester Siti” ilə danışığı dayandırdı – “Barselona”

İngiltərə klubu “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya mövsümü hazırkı komandasında başa vuracaq.

Apasport.az saytının məlumatına görə, gənc oyunçunun İspaniya təmsilçisi “Barselona”ya yanvarda qoşulmayacağı dəqiqləşib.

“Şəhərlilər” Qarsiyanın qış fasiləsində keçidi müqabilində 10+10 milyon avro tələb etdiyindən, Kataloniya klubu danışığı dayandırıb və onu transfer etməkdən vaz keçib. Həmçinin baş məşqçi Pep Qvardiola da zədə amilini nəzərə alaraq, oyunçunun mövsümün sonuna qədər qalmasını istəyib.

“Barselona” indi 19 yaşlı mərkəz müdafiəçisini kollektivə cəlb etmək üçün gələn ilin yayını gözləməli olacaq. İspanlar yığmanın üzvünü həmin vaxt havayı heyətə qatacaqlar.