01:43 19-11-2020
news_image
149
FUTBOL

Finalçları və ev sahibi bəlli oldu – Millətlər Liqasının

Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bununla final mərhələsinin iştirakçıları və oyunlara ev sahibliyi edəcək ölkə məlum olub.

Fransa və İspaniyanın ardından bugünkü qarşılaşmalardan sonra Belçika ilə İtaliya da A liqasındakı qruplarında birinci yeri tutaraq, həlledici matçlarda iştirak hüququ qazanıblar. 

Yarımfinal və final görüşləri məhz sonuncuların meydanında keçiriləcək. İtalyanlar ev sahibliyinə digər namizədlər olan 1-ci qrupdakı rəqibləri Niderland və Polşanı üstələyərək, “Dördlər finalı”nın meydan sahibi olmağa layiq görülüb.

Dekabrın 3-də keçiriləcək püşkatma mərasimində yarımfinal cütləri müəyyənləşəcək. Gələn il oktyabrın 6-7 yarımfinal, 10-da 3-cü yer uğrunda qarşılaşma və final baş tutacaq. Oyunlar Milandakı “San Siro” və Turindəki “Yuventus Arena”da keçiriləcək.