09:29 19-11-2020
news_image
72
FUTBOL

2 ildə 3 pillə irəli – millimiz

Azərbaycan yığması Millətlər Liqasının yekun sıralamasında 43-cü olub.

Apasport.az saytının məlumatına görə, bu, komandamız 2 il əvvəl oynadığı ötən turnirlə müqayisədə 3 pillə irəliləyib.

2018/19 mövsümündə D liqasında mübarizə aparan yığmamız 3-cü qrupda 2-ci yer tutmuşdu. Toplanılan 9 xal Qurban Qurbanovun baş məşqçisi olduğu komandanı yekunda 46-cı sırada qərarlaşması üçün kifayət etmişdi. 

Bu dəfə turniri Canni de Byazinin rəhbərliyi altında keçirən yığma C liqasının 1-ci qrupunda 3-cü yeri tutub. Milli 6 xalla kifayətlənib.