09:46 19-11-2020
news_image
156
FUTBOL

6 yeni rəqib – Azərbaycan yığmasına

Azərbaycan yığmasının Millətlər Liqasının 2022/23 mövsümündəki potensial rəqiblərindən 13-ü bəlli olub.

Apasport.az saytının məlumatına görə, millimizin yer alacağı C liqasında mübarizə aparacaq 16 komandadan 14-ü dəqiqləşib.

Bunlardan altısı yeni komandalardır. Slovakiya, Türkiyə, Bolqarıstan və Şimali İrlandiya B liqasından aşağı düşənlərdir. 
Cəbəllütariqlə Farer adaları isə D liqasından yüksələnlərdir.

Digər 7 mümkün rəqib isə C liqasında qalan komandalardır: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya, Litva, Gürcüstan, Kosovo.

Digər iki yığmanın C liqasında iştirakı isə pley-offda bəlli olacaq. Qrup sonuncusu olan Kipr, Estoniya, Qazaxıstan və Moldova millilərindən ikisi C liqasında qalacaq, ikisi D liqasına yuvarlanacaq.