10:39 19-11-2020
news_image
268
FUTBOL

DÇ-2022 perspektivi – pley-offa 2 yerə 14 namizəd

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanmağa namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, Millətlər Liqasının qrup mərhələsi başa çatdıqdan sonra dəqiqləşib.

14 komanda pley-offa qatılmaq şansını qoruyur. Bunlar öz qruplarında qalib olan yığmalardır.

Onlar liqasına və nəticələrinə əsasən sıralanıb. Bu sıralamaya əsasən 2 komanda pley-offa yüksələcək.

Lakin bu vəsiqələrin sahibləri DÇ-2022-nin gələn il keçiriləcək seçmə mərhələsindən sonra dəqiqləşəcək. Seçmə turnirdə qrupda ilk iki yeri tutmayan, aşağıdakı sıralamada daha yüksək pillədə qərarlaşan 2 komanda pley-off şansı qazanacaq.

Hazırda Fransa və Belçika hamıdan öndədir. Lakin təkcə onlar deyil, siyahının ən azı ilk yarısındakı komandanın seçmə mərhələdə “20-lik”də qərarlaşacağı gözləniləndir.

1. Fransa
2. Belçika
3. İtaliya
4. İspaniya
5. Uels
6. Avstriya
7. Çexiya
8. Macarıstan
9. Sloveniya
10. Monteneqro
11. Albaniya
12. Ermənistan
13. Cəbəllütariq
14. Farer adaları

Qeyd edək ki, seçmə mərhələnin 10 qrup qalibi birbaşa DÇ-2022-yə yüksələcək. 10 ikinci yer sahibi və Millətlər Liqasından iki vəsiqəni qazanan komandalar pley-offda oynayacaq. Bu 12 komanda 1/6 və 1/3 final oynayaraq mundiala üç yer üçün mübarizə aparacaq.