11:43 19-11-2020
news_image
57
FUTBOL

Lippinin seriyasına yaxınlaşdı - yığmada

Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanın qonağı olan İtaliya yığması 2:0 hesablı qələbə qazanaraq “Dördlər finalı”na vəsiqə əldə edib.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” bununla məğlubiyyətsiz oyunlar seriyasını 22-yə çatdırıb.

Roberto Mançininin yetirmələri bunun 17-də qələbə qazanıb, 5-də heç-heçə edib. Bununla komanda Marçello Lippinin rəhbərliyi altında 2006-cı ilin yayına qədər ardıcıl 25 oyundakı məğlubiyyətsiz oyunlar seriyasına bir qədər də yaxınlaşıb. İtalyanlar axırıncı dəfə 2018-ci il sentyabrın 10-da Millətlər Liqasında Portuqaliyaya uduzub (0:1).

Qeyd edək ki, Millətlər Liqasının final mərhələsi gələn ilin oktyabrında məhz İtaliyada keçiriləcək.