12:33 19-11-2020
news_image
138
FUTBOL

Yığmamızın ən yaxşısı kimdir? – Millətlər Liqasında

Millətlər Liqasının qrup mərhələsindən sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq turnirin ən yaxşısıdır.

Onun aktivində 3212 xal var. Onun komanda yoldaşı Memfis Depay 2963 xalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Fransa yığmasının hücumçusu Antuan Qrizmann qapayır. Forvardın 2890 xalı var.

Azərbaycan millisinin ən yaxşısı Qara Qarayevdir. 822 xala malik yarımmüdafiəçi Millətlər Liqasında 208-cidir.

Ondan 60 xal geri qalan Bəhlul Mustafazadə 244-cüdür. Emil Balayev 747 xalla Millətlər Liqasının 254-cüsüdür.

Ən yaxşı 300 futbolçu sırasında yığmanın daha bir üzvü yer alıb. Ramil Şeydayev 712 xalla 279-cu yerdə qərarlaşıb.