13:36 19-11-2020
news_image
59
FUTBOL

Daha bir müdafiəçisini itirdi – “Liverpul”

İngiltərənin “Liverpul” klubu daha bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, bir neçə müdafiəçisini zədə səbəbindən itirən Premyer Liqa klubunda yenə arxa xətt oyunçusunun xəsarət alıb.

Bu dəfə Ris Uilyamsın zədələndiyi bəlli olub. 19 yaşlı futbolçu İngiltərənin U-21 yığmasının heyətində zədələnib. O, Albaniya ilə matçda bu səbəbdən heyətə daxil edilməyib. Özünü pis hiss etdiyini bildirən müdafiəçi klubun düşərgəsinə qayıdıb. Onun Premyer Liqanın növbəti turunda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.

Qeyd edək ki, “Liverpul”un heyətində əksəri müdafiəçi olan 10-dan artıq zədəli futbolçu var.