15:17 19-11-2020
news_image
86
FUTBOL

“Barselona”nı çalışdırmaq istəyir - namizədlərə mesaj

İspaniyanın “Barselona” klubu mövsümün gedişində və ya sonunda baş məşqçi postunda dəyişiklik edə bilər.

Apasport.az saytının məlumatına görə, klubda prezidentliyə namizədlərdən bəziləri hazırkı çalışdırıcı Ronald Kumanla yola davam etmək fikrində deyil.

Son olaraq İngiltərədə “Tottenhem”ə rəhbərlik edən Mauritsio Poçettino 2021-ci ildə niderlandlı mütəxəssisi əvəz edə bilər. Argentinalı klubda prezidentliyə namizədlərə bu vəzifəyə keçməyə hazır olduğu məlumatını çatdırıb. Poçettino bu il iki dəfə “Barselona”nın təklifini rədd edib.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri gələn il yanvarın 24-də baş tutacaq.