16:02 19-11-2020
news_image
92
FUTBOL

Koronavirusa yoluxdu – sabiq “Qarabağ”lı

Türkiyənin daha bir klubunda koronavirusa yoluxma halı yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Konyaspor” iki oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb.

Bildirilib ki, bunlar bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçlə gürcüstanlı hücumçu Levan Şengeliyadır. Super Liqa təmsilçisi hər iki oyunçunun milli komandasının düşərgəsində olarkən virusa yoluxduğunu bəyan edib. Bu səbəbdən onların Türkiyəyə dönüşü yubanacaq və komandanın bir neçə matçını buraxacaqlar.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə ölkəmizdə “Qarabağ”ın formasını geyinib.