16:39 19-11-2020
news_image
130
FUTBOL

“Mançester Siti” ilə yeni müqavilə bağladı – Qvardiola

İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə bağlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin bir müddət əvvəl mütəxəssisə təqdim etdiyi şərtləri ailəsi ilə müzakirə edən ispaniyalı çalışdırıcı anlaşmanı imzalamağa razılıq verib.

Qvardiola mövsümün sonuna qədər olan müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Mançester klubunda 5-ci mövsümünü keçirən Qvardiola 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun, 3 dəfə Liqa kubokun qalibi olub.