17:21 19-11-2020
news_image
111
FUTBOL

“Real”a keçidini müzakirə edib - Zidanla

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Avstriya millisinin üzvü “Real”la danışıq aparır.

“Kral” klubunun baş məşqçisi Zinəddin Zidan bu transferin reallaşmasında maraqlıdır və Alaba ilə şəxsən özü keçid məsələsini müzakirə edib. “Kral klubu” rəsmiləri 28 yaşlı oyunçunun Madridə köçəcəyinə artıq əmindirlər. Ancaq PSJ və “Çelsi” də müdafiəçini heyətinə cəlb etməkdə maraqlıdır.

Qeyd edək ki, David Alaba bu mövsüm Bundesliqada 6 oyunda 1 qol vurub. Onun Münhen klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.