22:36 19-11-2020
news_image
80
FUTBOL

“Fiorentina”dan müdafiəçi gətirir - “Milan”

İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, milanlılar “Fiorentina”nın 23 yaşlı müdafiəçisi Nikola Milenkoviçin xidmətində maraqlıdır. 

Florensiyalıların arxa xətt oyunçusunun icarə əsasında klubunu keçəcəyi gözlənilir. Yanvarda “Milan”a keçməli olan Milenkoviçin ilyarımlıq icarəsi üçün “Milan” 10 milyon avro ödəməlidir.

Anlaşmaya əsasən “Rossonyeri” icarə müddəti bitdikdən sonra futbolçunu almağa borcludur. Həmin vaxt milanlılar 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Nikola cari mövsüm A seriyasında 7 oyun keçirib və 1 qol vurub.