00:00 20-11-2020
news_image
77
FUTBOL

7 oyunluq diskvalifikasiya – koronavirus qaydalarını pozduqları üçün

Şotlandiyanın “Reyncers” klubunun iki futbolçusu koronavirus qaydalarını pozduğu üçün cəzalanıb.

Apasport.az saytının məlumatına görə, Corc Edmundson və Cordan Cons 7 oyunluq diskvalifikasiya edilib.

Bu barədə qərarı Şotlandiya Futbol Assosiasiyası verib. Klub tərəfindən 2 həftəlik cəzalandırılan və polisin cərimələdiyi oyunçulara assosiasiya da güzəştə getməyib.

Buna futbolçuların onlarla birlikdə yaşamayan şəxslərlə özəl görüşə getmələri səbəb olub. Edmundson və Cons yalnız dekabrın 30-da “Sent-Mirren”lə çempionat oyununda meydana çıxa bilər.