00:22 20-11-2020
news_image
98
FUTBOL

Cerrardı İngiltərəyə qaytarmaq istəyir – “Lids”

İngiltərənin “Lids” klubu baş məşqçi postuna yeni namizədi müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu vəzifəyə Stiven Cerrardı gətirmək istəyir.

Mövsümün sonunda Marselo Byelsanın klubu tərk etsə, onu Cerrard əvəzləyə bilər. Sonuncu hazırda Şotlandiya təmsilçisi “Reyncers”in baş məşqçisidir.

Qeyd edək ki, “Lids”lə Byelsa arasında müqavilə 2021-ci ilin yayında başa çatacaq.