09:05 20-11-2020
news_image
77
FUTBOL

Koronavirusa yoluxma – Super Liqanın 2 klubunda

Türkiyənin daha iki klubunda koronavirusa yoluxma halı müşahidə olunub.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçiləri “Fənərbaxça” və “Başakşəhər”də 1 futbolçunun testi pozitiv çıxıb.

Oyunçuların adları açıqlanmasa da, “Başakşəhər”də virusa yoluxanın Türkiyə yığmasından düşərgəyə yeni qayıtdığı bildirilib. Hər iki futbolçu karantinə alınıb.

Qeyd edək ki, dünən Super Liqanın digər təmsilçisi “Konyaspor”da 2 futbolçunun virusa yoluxduğu açıqlanıb.