13:02 20-11-2020
news_image

10-cu qızıl – Avropa çempionatlarında

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatının ilk günü Azərbaycan idmançısı Orxan Səfərovun qızıl medal qazanması ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində bütün görüşlərdə qalib gələn cüdoçumuz qitə çempionu adına yiyələnib.

Bu, Azərbaycan təmsilçilərinin Avropa çempionatlarında 10-cu zəfəridir. Yubiley çempionluğa qədər 9 dəfə cüdoçularımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlk dəfə bu titula sahib olan Səfərova qədər Elçin İsmayılov üç, Elnur Məmmədli iki, Hidayət Heydərov, Elxan Məmmədov, Rüstəm Orucov və Nazim Hüseynov hərəyə bir dəfə bu uğura sevinib. Düzdür, Nazimin iki qitə çempionluğu var. Amma Hüseynov 1992-ci ildəki ilk uğuruna MDB yığmasının heyətində imza atıb.

Azərbaycanın cüdo üzrə Avropa çempionları
1993. Nazim Hüseynov (60 kq)
2000. Elçin İsmayılov (60 kq)
2001. Elçin İsmayılov (60 kq)
2005. Elçin İsmayılov (66 kq)
2006. Elnur Məmmədli (73 kq)
2011. Elnur Məmmədli (81 kq)
2016. Rüstəm Orucov (73 kq)
2017. Elxan Məmmədov (100 kq)
2017. Hidayət Heydərov (73 kq)
2020. Orxan Səfərov (66 kq)