13:08 20-11-2020
news_image
133
FUTBOL

Koronavirusa yoluxdu – “Neftçi”nin kapitanı

“Neftçi”nin kapitanı Emin Mahmudov yeni problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, o, koronavirusa yoluxub.

Bugünlərdə həkim müayinəsindən keçən yarımmüdafiəçinin testi pozitiv çıxıb. Karantinə alınan komandanın lideri bir müddət yaşıl sahələrdən kənarda qalacaq.

Bu xəbər göstərir ki, Samir Abasov “Neftçi”nin sükanı arxasına keçər-keçməz, növbəti yalanını danışıb. Yeni baş məşqçi Mahmudovun zədədən əziyyət çəkdiyini iddia etmiş, son vaxtlar meydana çıxmamasının səbəbini bununla əlaqələndirmişdi (sportinfo.az).