17:51 21-11-2020
news_image
449
FUTBOL

Çempion liderə də 6 qol vurdu - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında X tur start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk gündə nəzərdə tutulan 2 matçdan biri baş tutub.

Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Heyətində ciddi itkilər olan meydan sahibləri görüşə cəmi iki nominal müdafiəçi ilə çıxsa da, Maksim Medvedevlə Rahil Məmmədovun koronavirusa yoluxması, Abbas Hüseynovla Bədavi Hüseynovun zədəli olması da “Sumqayıt”ın darmadağından qurtarmayıb. 

Oyunun taleyini artıq ilk yarıda vurulan üç cavabsız qolla həll edən Qurban Qurbanovun yetirmələri çempionatın liderinin darmadağınını ikinci hissədə vurulan qollarıa yekunlaşdırıb. Qonaqlar isə yalnız təsəlli qolu vura bilib – 6:1. Bundan öncə “Keşlə”ni 6:1, “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl üçüncü dəfə 6 qol vurub.

Bu gün keçirilməli olan “Sabah” – “Səbail” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb. Buna hər iki klubun heyətində koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb olub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
X tur
21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1
Qol: 
Donald Qerye, 28, 45+1, Abdullah Zubir, 34, 90, Toral Bayramov, 54, Mahir Emreli, 75 - Tellur Mütəllimov, 87
Baş hakim: İnqilab Məmmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 9. Xayme Romero, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
"Azersun Arena"

1

Qarabağ

9

5

3

1

26-6

18

2

Sumqayıt

10

4

3

3

13-15

15

3

Zirə

9

4

3

2

9-8

15

4

Neftçi

9

4

2

3

7-12

14

5

Keşlə

9

3

3

3

10-12

12

6

Səbail

8

2

3

3

9-10

9

7

Qəbələ

9

1

5

3

7-14

8

8

Sabah

9

2

0

7

8-12

6

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ") - 6 qol.