16:15 20-11-2020
news_image
72
FUTBOL

PSJ-nin oyununda - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, avstriyalı Çempionlar Liqasının qrup mərhələsinin IV turunda iş başında olacaq.

O, noyabrın 24-də keçiriləcək PSJ (Fransa) –  “Leypsiq” (Almaniya) oyununun hakim-inspektoru olacaq. Qarşılaşma Parisdə baş tutacaq.