17:53 20-11-2020
news_image
99
FUTBOL

“Mançester Yunayted”ın hücumçusuna elçi düşdü – Liverpul klubu

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Daniel Ceymsin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu “Everton”a keçə bilər.

Liverpullular uelsli forvardı icarəyə götürmək fikrindədir. İcarə müddəti mövsümün ikinci yarısını əhatə etməlidir.

Qeyd edək ki, Ceyms cari mövsümdə 5 matç keçirib.