22:29 20-11-2020
news_image
70
FUTBOL

Hücumçusu koronavirusa yoluxdu – “Real”ın

İspaniyanın “Real” klubunun daha bir futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə hücumçu Luka Yoviçin testinin nəticəsi pozitiv çıxıb.

Millətlər Liqasında Serbiya yığmasının heyətində Rusiya ilə keçirilən matçdan sonra testdən keçən 23 yaşlı forvard karantinə alınıb. Yoviç Rusiyaya 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 2 qol, 1 assistlə yadda qalıb.

Qeyd edək ki, “Real”da bundan əvvəl Eden Azar və Kasemiro koronavirusa yoluxub.