00:17 21-11-2020
news_image
103
FUTBOL

Ardıcıl 3-cü çempionluq – Latviya çempionatında

Latviyada 2020 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Riqa” ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirib.

XXII turda ikinci pillədəki RFS-in “Liepaya” səfərində məğlubiyyətə düçar olması ilə “Riqa” rəqibi üçün əlçatmaz olub. Bu komandalar arasında sona 2 tur qalmış 9 xallıq fərq yaranıb. Çempiona fevralda baş məşqçi təyin olunan Oleq Kononov sentyabrda istefa versə də, rəhbərlik bunu noyabrda elan edib.

Qeyd edək ki, “Riqa” 2015-ci ildə yaradılıb.