23:06 20-11-2020
news_image
83
FUTBOL

Daha 2 oyunun təyinatları açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında X turun daha iki oyununun hakim təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, noyabrın 22-də keçiriləcək matçları idarə edəcək referilərin adları açıqlanıb.

Qəbələdə eyniadlı komandanın “Neftçi” ilə görüşündə Rəvan Həmzəzadə ədalət təmsilçisi olacaqsa, “Zirə” ilə “Keşlə”nin duelində Əliyar Ağayev fit çalacaq.

Premyer Liqa
X tur
22 noyabr (bazar)
14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu