00:43 21-11-2020
news_image
86
FUTBOL

“İnter”lə oyunöncəsi yoluxma – 2 futbolçuda

İtaliyanın “Torino” klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi məlumat yayıb.

Bildirilib ki, çempionatda “İnter”lə keçiriləcək oyunöncəsi komandadan test götürülüb və iki futbolçuda nəticə pozitiv çıxıb. Adları açıqlanmayan hər iki oyunçunun milli komandadan döndüyü və karantinə alındığı bildirilib. Bir müddət əvvəl baş məşqçi Marko Campaolo da koronavirusa yoluxub.

Qeyd edək ki, “Torino” noyabrın 22-də A seriyasının VIII turu çərçivəsində “İnter”lə səfərdə qarşılaşacaq.