23:22 20-11-2020
news_image
141
FUTBOL

Superkubokun vaxtı bilindi - İtaliyada

İtaliya Superkubokunun vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həlledici görüş gələn ilin yanvarında baş tutacaq.

A seriyasının son qalibi “Yuventus”la ölkə kubokunu qazanan “Napoli” arasındakı qarşılaşma yanvarın 20-də “Sassuolo”nun stadionunda olacaq.

Qeyd edək ki, “Yuventus” 8, “Napoli” isə 2 dəfə Superkuboku qazanıb.