23:29 20-11-2020
news_image
227
FUTBOL

"Sabah" - "Səbail" oyunu təxirə salındı - koronavirusa görə

Azərbaycan Premyer Liqasında X turun bir oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün “Sabah” – “Səbail” matçı öncədən nəzərdə tutulduğu kimi, noyabrın 21-də baş tutmayacaq.

Qarşılaşmanın tarixi ilə bağlı PFL daha sonra əlavə məlumat verəcək.