10:48 21-11-2020
news_image
91
FUTBOL

Sahibi bilindi - “Golden Boy”un

Ən yaxşı gənc futbolçu üçün təsis edilən “Golden Boy” mükafatının sahibi bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mükafat Norveç millisinin və Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanda veriləcək.

O, 21 yaşadək futbolçular arasında ən yaxşı olub. Norveçli Alfonso Devis (“Bavariya”), Ceydon Sanço (“Borussiya” D), Kallum Hadson Odoi (“Çelsi”), Vinisius Junior (“Real”) kimi bir sıra namizədləri arxada qoyub.

Qeyd edək ki, ötən il mükafata “Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliş layiq görülüb.