11:11 21-11-2020
news_image
135
FUTBOL

Millətlər Liqasında rəmzi komanda açıqlandı – “Qarabağ”ın sabiq qapıçısı da var

Millətlər Liqasının qrup mərhələsinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “11-lik”də yalnız A liqasının təmsilçiləri yer alıb.

Final mərhələsinə yüksələ bilməyən Portuqaliya rəmzi komandada daha çox oyunçu ilə təmsil olunub. Yığmanın 4 üzvü “11-liy”ə daxil edilib.

Azərbaycan çempionu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç də rəmzi yığmada yer alıb. Bosniya və Herseqovina millisinin qolkiperi “11-liy”ə düşə bilib.

Qapıçı: İbrahim Şehiç (Bosniya və Herseqovina);

Müdafiəçilər: Joao Kanselu, Pepe, Rafael Gerreyro (hamısı Portuqaliya), Françesko Açerbi (İtaliya);

Yarımmüdafiəçilər: Dris Mertens (Belçika), Bruno Fernandeş (Portuqaliya), Nikolo Barella, Lorenso İnsinye (İtaliya);

Hücumçular: Romelu Kukaku (Belçika), Memfis Depay (Niderland).