12:41 21-11-2020
news_image
53
FUTBOL

“Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək” - Hulusi Akar

“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.

APA-nın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.