12:54 21-11-2020
news_image
148
FUTBOL

Yığmalarımızın hazırlığı dayandırıldı – 6 futbolçuda koronavirus

17 və 19 yaşlılardan ibarət milli komandalarımızın Bakıda keçirdiyi təlim-məşq toplanışları yarımçıq dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirusdur.

Hər iki komandanın üzvlərində bu xəstəliyin əlamətləri aşkarlanıb. İstər U-17, istərsə də U-19-da 3 futbolçunun testi pozitiv çıxıb (sportinfo.az).