13:55 21-11-2020
news_image
80
FUTBOL

Onun satılmayacağını açıqladı - Zidan

İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varan Madrid təmsilçisini tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan açıqlayıb.

Fransalı mütəxəssis həmyerlisinin komandadan ayrılacağı ilə bağlı xəbərlərə son nöqtəni qoyub: “Varanı klubda saxlamaq istəyən tək mən deyiləm. O, bizim böyük ailənin bir parçasıdır. Əla karyeraya malik futbolçu bura gələndən sonra bir çox uğurlara imza atıb. Əlbəttə, o satılmır. Bu, həm klubun, həm də mənim mövqeyimdir. Amma biz insanları söz-söhbətini dayandıra bilmərik. Onlar təkcə Varan deyil, “Real”ın bütün oyunçuları barədə şayiələr yayır”.