14:41 21-11-2020
news_image
66
FUTBOL

“Yuventus” əl çəkmir – Lokatellidən

İtaliyanın “Yuventus” klubu qış transfer dövründə Manuel Lokatellini heyətinə qatmağa cəhd edəcək.

Apasport.az saytının məlumatına görə, “Sassuolo”nun 22 yaşlı yarımmüdafiəçinin transferini baş məşqçi Andrea Pirlo istəyib.

Mütəxəssis istedadlı futbolçunun Turin təmsilçisinə faydalı olacağına inanır. O, klub rəhbərliyini yayda transfer edə bilmədiyi Lokatelli ilə bağlı növbəti danışıqlara başlamağa razı salıb.

Qeyd edək ki, “Yuventus” yayda da Manueli heyətinə qatmaq istəsə də, “Sassuolo” futbolçu üçün 40 milyon avro istəyib.