17:38 29-07-2008
news_image
398
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Olot şəhərində sürətli şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, doqquzuncu dəfə təşkil olunan və 8 turdan ibarət yarışda Azərbaycan şahmatçısı Azər Mirzəyev də iştirak edib. İspaniyada yaşayan həmyerlimiz heç bir görüşdə məğlub olmayaraq, 7 xalla birinci yeri tutub. A.Mirzəyev ikinci pillənin sahibi, bolqarıstanlı reytinq favorit Aleksandr Delçevi 0,5 xal qabaqlayıb. Turnirdə 70 şahmatçı mübarizə aparıb.