15:29 21-11-2020
news_image
80
FUTBOL

Çempionat oyunu təxirə salınır – hava şəraitinə görə

İtaliya A seriyasının “Krotone” – “Latsio” matçının keçirilməsi sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın təxirə salınmaq ehtimalına koronavirus pandemiyası deyil, əlverişsiz hava şəraiti səbəb olub.

Kalabriyada dünən gecədən başlayan leysan şəhərin küçələrində sel axması ilə nəticələnib. Oyun gününə də leysan, üstəlik sürəti 40 km/s artıq olan külək proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün keçirilməli olan görüşün startı Bakı vaxtı ilə saat 18:00-da nəzərdə tutulub.