16:23 21-11-2020
news_image
91
DİGƏR NÖVLƏR

İdmançımız 10-cu oldu – Qran-Pridə

Rusiyanın paytaxtı Moskvada keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında kişilərin mübarizəsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, iştirakçılar bu gün sərbəst proqramda çıxış edib.

Azərbaycan idmançısı Vladimir Litvintsev də buz üzərinə çıxıb. Onun çıxışı 158,28 xalla qiymətləndirilib.

İki çıxışın yekununda konkisürənimiz 239,78 xal toplayıb. Litvintsev bu göstərici ilə yalnız iki rəqibini qabaqlayaraq 12 iştirakçı arasında 10-cu olub. Yarışın qalibi adına rusiyalı Mixail Kolyada layiq görülüb – 281,89 xal.

Qeyd edək ki, Qran-Pridəki digər təmsilçimiz Yekaterina Ryabova bu gün sərbəst proqramda bacarığını göstərəcək.