17:23 21-11-2020
news_image
118
DİGƏR NÖVLƏR

Daha bir yarış təxirə salınır – koronavirusa görə

Koronavirus pandemiyası daha bir nüfuzlu idman yarışının keçirilməsini sual altında qoyub.

Apasport.az saytının məlumatına görə, “Böyük dəbilqə” seriyasına daxil olan tennis üzrə Avstraliya açıq çempionatı təxirə salına bilər.

Təşkilatçılar 2021-ci ilin yanvarına planlaşdırılan yarışı bir ay sonra keçirməyi nəzərdən keçirir. Buna səbəb ölkəyə giriş-çıxışa məhdudiyyətləri qoyulmasıdır.

Qeyd edək ki, öncədən idmançıların karantin dövrünü keçməsi məqsədilə dekabrdan Avstraliyaya gəlməsi nəzərdə tutulmuşdu.