22:07 21-11-2020
news_image
139
DİGƏR NÖVLƏR

Qran-Pridə çıxışını bitirdi – Azərbaycan konkisürəni

Rusiyanın paytaxtı Moskvada keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarış qadınların sərbəst proqramı ilə yekunlaşıb.

Azərbaycan təmsilçisi Yekaterina Ryabova 109,27 xal toplayıb. O, iki proqramın cəmində 167,85 xalla kifayətlənib.

Təmsilçimiz yarışa qatılan 11, sərbəst proqramın 10 iştirakçı arasında 9-cu olub. Yarışın qalibi adına rusiyalı Yelizaveta Tuxtamışeva yiyələnib – 223,39.

Qeyd edək ki, kişilərin yarışındakı təmsilçimiz Vladimir Litvintsev 10-cu yeri tutub.