Azərbaycan Premyer Liqasının X turunun təxirə salınan "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib.
Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, qarşılaşma noyabrın 23-də baş tutacaq.
Görüş "Bank Respublika Arena"da keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, oyun bəzi futbolçuların koronavirus testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınıb.

11:11