12:22 22-11-2020
news_image
68
FUTBOL

“Qarabağ”ı məğlub etməliyik” – “Sivasspor”un prezidenti

“VAR hakimləri qərar verərkən yanılırlar. Son illər Hüseyn Göçəkin idarə etdiyi oyunlarda problem yaşayırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un prezidenti Məcnun Otyakmaz Türkiyə Super Liqasının X turunda “Fatih Karagümrük”lə keçirilən oyundan (1:1) sonra hakimlər barədə tənqidi fikirlər səsləndirərkən deyib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu turnirdə uğurlu nəticələr hədəflədiklərini vurğulayıb: “Avropa Liqası oyunları və koronavirus pandemiyası səbəbindən “Fatih Karagümrük” önünə problemlərlə çıxmışdıq. Qarşıdakı çətin matçlar olacaq və heyətdə itkilərimiz var. Böyük uğurları hədəfləyirsinizsə, bu çətinlikləri aşmalısınız. Gələn həftə “Qarabağ”la üz-üzə gələcəyik. Heyətdəki əskiklərə baxmayaraq, “Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq. “Makkabi” ilə matçın final görüşü olması üçün “Qarabağ”ı məğlub etməliyik”.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.