13:06 22-11-2020
news_image
109
FUTBOL

Koronavirusa yoluxdu – dünyanın ən yaxşı futbolçusu

Dünyanın ən yaxşı qadın futbolçusu Marta koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb.

Koronavirus testi pozitiv çıxan 34 yaşlı hücumçu Braziliya yığmasının heyətindən çıxarılıb. O, 27 noyabr və 1 dekabr tarixlərində Ekvadorla keçiriləcək yoldaşlıq görüşlərini buraxacaq. Forvardın vəziyyəti ilə bağlı hər hansı məlumat verilməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-ın “Orlando Pride” klubunda çıxış edən Marta 6 dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.