13:47 22-11-2020
news_image
69
FUTBOL

“Mançester Siti”dən yeni müqavilə təklifi – maaşı artırılacaq

İngiltərə klubu “Mançester Siti” aparıcı futbolçularından olan Rahim Sterlinqin uzun müddət komandada qalmasını istəyir.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bu səbəbdən ulduz futbolçuya yeni müqavilə təklif edib.

Premyer Liqa təmsilçisi 25 yaşlı forvardla yaxşılaşdırılmış şərtlərlə sözləşməni yeniləməyi planlaşdırır. Əgər Sterlinq 2025-ci ilin yayına qədər müqavilə təklifini qəbul etsə, həftəlik məvacibi 350 min funt-sterlinqə yüksələcək. Rəhbərlik baş məşqçi Pep Qvardiolanın yeni saziş imzalamasının Sterlinqin qərarına müsbət təsir edəcəyini düşünür.

Qeyd edək ki, Rahim Sterlinq bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.