16:16 22-11-2020
news_image
137
FUTBOL

Koronavirusa yoluxdu - "Neftçi"nin hücumçusu

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən oyundan sonra deyib.

Komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra çalışdırıcı Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Məhz bu üzdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, yığmadan qayıdan "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli, həmçinin klubun digər yarımmüdafiəçisi Rəhman Hacıyev də koronavirusa yoluxub. Bundan başqa, "Neftçi"nin kapitanı Emin Mahmudov da bu virusdan əziyyət çəkir.