23:09 22-11-2020
news_image
104
FUTBOL

Şəhid olan qardaşının adını da daşıyacaq – “Zirə”li

“Zirə” klubu təqdirəlayiq addımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyevin formasının arxasındakı adda dəyişiklik edilib.

17 yaşlı yarımmüdafiəçi bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq. Bakılıların bununla bağlı müraciətini Peşəkar Futbol Liqası müsbət cavablandırıb. 

Burcəliyev bundan sonra “Tamerlan İlqar” formasında mübarizə aparacaq.