00:20 23-11-2020
news_image
71
FUTBOL

Avtoqolla qalib gəldi – “Qarabağ”ın rəqibi

İsrail çempionatında VII turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Təl-Əviv “Makkabi”si səfər matçına çıxıb.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Hadera “Hapoel”inin qonağı olan Giorqos Donisin yetirmələri 1:0 hesablı qələbə qazanıb. 29-cu dəqiqədə vurulan avtoqol “Makkabi”nin aktivinə 3 xal əlavə edib.

Təl-Əviv təmsilçisi xallarının sayını 9-a çatdıraraq, turnir cədvəlində 7-ci pilləyə yüksəlib.