11:14 23-11-2020
news_image
113
FUTBOL

“Səbail” önünə 3 itki ilə çıxacaq – “Sabah”

Azərbaycan Premyer Liqasının X turunda bu gün “Səbail”lə qarşılaşacaq “Sabah” meydana tam heyətlə çıxa bilməyəcək.

Klubdan apasport.az saytına verilən məlumata görə, iki futbolçu zədə ucbatından matçı buraxacaq.

Bunlar serbiyalı müdafiəçi Filip İvanoviç və moldovalı yarımmüdafiəçi Yevgeni Koçukdur. Xüsusən də, ikinci yığmasının heyətindən zədəli dönüb. Onlarla yanaşı, millinin düşərgəsində koronavirusa yoluxan müdafiəçi Təmkin Xəlilzadə də görüşü buraxacaq.

Digər zədəlilərdən müdafiəçilər Slavik Alxasovla Bəhlul Mustafayevin artıq heç bir problemi qalmayıb. Onlar bu gün baş məşqçi Visente Qomesin sərəncamında olacaqlar.

Qeyd edək ki, “Sabah” – “Səbail” matçı saat 16:00-da başlayacaq.