16:54 23-11-2020
news_image
136
FUTBOL

Durumuna aydınlıq gəldi - İbrahimoviçin

İtaliya A seriyasının VIII turunda “Napoli” üzərində səfər qələbəsi qazanan “Milan” (3:1) əvəzində aparıcı futbolçusu Zlatan İbrahimoviçi itirib.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz matçın 79-cu dəqiqəsində zədələnərək əvəzlənib.

39 yaşlı qol “silahı”nın durumuna aydınlıq gəlib. İlkin diaqnoza əsasən sol ayaq əzələlərində problem aşkarlanan İbra 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Lakin dəqiq məlumat növbəti tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, “Napoli” ilə görüşdə dubl edən İbrahimoviçin aktivində cari mövsüm A seriyasında 10 qol var.