17:37 23-11-2020
news_image
104
FUTBOL

Çempionlar Liqasının oyununu buraxacaq – “Yuventus” müdafiəçisi

“Yuventus”un müdafiəçisi Merih Demiralın zədəsinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvünün təxminən 10 gün komandadan uzaq qalacağı açıqlanıb.

Əzələsində problem aşkarlanan 22 yaşlı mərkəz müdafiəçisi Çempionlar Liqasının (ÇL) IV turunda Macarıstan təmsilçisi “Ferensvaroş”la (24 noyabr), həmçinin A seriyasının IX turunda “Benevento” (28 noyabr) ilə görüşü buraxacaq. Demiralın ÇL çərçivəsində Kiyev “Dinamo”su (Ukrayna) ilə dekabrın 2-dəki qarşılaşmada meydana çıxması da sual altındadır.

Qeyd edək ki, Merih Demiral bu mövsüm A seriyasında 6 oyun keçirib.