09:00 24-11-2020
news_image
85
FUTBOL

İtaliyada işləyə bilər - “Neftçi”nin göndərdiyi baş məşqçi

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri başa çatmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər.

B seriyası təmsilçisi “Askoli” 55 yaşlı çalışdırıcının xidmətində maraqlıdır. Mövsümə uğursuz start götürən “Askoli” bu problemi baş məşqçi dəyişikliyi ilə həll etməyi düşünür. Rəhbərliyin bu posta 3 namizədi var ki, onlardan biri də Bordindir. Onunla yanaşı, Federiko Koppitelli və Massimo Rastelli də komandanın “sükanı arxası”na keçməyə namizəddir.

Qeyd edək ki, 2018-ci ilin yayında “Neftçi”yə təyin olunan Roberto Bordin bu ilin əvvəlində “ağ-qaralar”dan istefaya göndərilib.