13:11 24-11-2020
news_image
140
FUTBOL

Hakimləri bilindi – “Qarabağ”ın “Sivasspor”la matçının

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Türkiyənin “Sivasspor” klubu ilə keçirəcəyi matçının hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA oyuna Danimarkadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

İstanbulda baş tutacaq qarşılaşmada Yakob Kehlet ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Heyne Sorensen və Lars Hummelqard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yens Mae yerinə yetirəcək.

Oyunun hakim inspektoru belaruslu Oleq Çikun, UEFA nümayəndəsi lüksemburqlu Çarls Şok olacaq.

Qeyd edək ki, noyabrın 26-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı  ilə 21:55-də start götürəcək.